Ekspertlər xəbardarlıq etdilər: Rekord istilər, artan ölümlər..
    • 5-07-2024, 10:05
    • 190

Ekspertlər xəbardarlıq etdilər: Rekord istilər, artan ölümlər..

Qlobal istiləşmə son illərdə turizm vərdişlərində də dəyişikliklərə səbəb olub.

News24.az xəbər verir ki, getdikcə turistlər Cənubi Avropanın istisindən qaçmağa və sərin tətil üçün şimal ölkələrinə getməyə başlayıblar.

Rəsmi statistikaya görə, 2023-cü ildə turistlərin sayı Norveçdə 22 faiz, İsveçdə isə 11 faiz artıb. Turizm şirkətlərinin fikrincə, bunun səbəblərindən biri də temperaturun artmasıdır.

Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, hər beş nəfərdən ikisi Avropanın cənubundakı istilər səbəbindən səyahət vərdişlərini dəyişməyi, fərqli fəsillərə və ya daha sərin istiqamətlərə üstünlük verməyi planlaşdırır.

Bəziləri üçün izdihamlı Aralıq dənizi çimərlikləri və meşə yanğınlarına səbəb olan istilik dalğaları keçmişdə qaldı.

Yeni trenddə dağ gəzintiləri, eləcə də şimal ölkələrinin göl və fyordlarında üzgüçülük ön plandadır.

Birləşmiş Millətlər Təşkilatının iqlim ekspertlərinin fikrincə, 1950-ci ildən bəri həddindən artıq istilərin tezliyi və intensivliyi artıb.

Üstəlik, bu vəziyyət qlobal istiləşmə ilə davam edəcək.

Ekspertlər 2050-ci il üçün xəbərdarlıq etdi

Mütəxəssislər bildirirlər ki, 2050-ci ilə qədər Avropa əhalisinin yarısı yay aylarında yüksək riskli istilərə məruz qalacaq. Bu istiliklə bağlı ölümlər iki və ya üç dəfə artıra bilər.

Günel Məlikzadə