"KÖFN" qrupu dağıldı?
    • 5-07-2024, 11:40
    • 235

"KÖFN" qrupu dağıldı?

"Bi' Tek Ben Anarım" mahnısı ilə musiqi platformalarında milyonlarla yayıma çatan KÖFN qrupunun dağıldığı iddia edilib. 

News24.az xəbər verir ki, Salman Tin və Bilge Kağan Etil də sosial şəbəkədə bir-birini təqib etməyi dayandırıblar. İkilinin bu hərəkətindən sonra qrupun dağıldığı iddia edilib.

Qeyd edək ki, ikili bir müddət əvvəl Simge Sağınla "Yaraşıqlı" dueti ilə gündəmə gəlib.

Eyni zamanda, 2018-ci ildə Salman Tin və Bilge Kağan Etil tərəfindən qurulan qrup “Ən yaxşı çığır açan müğənni” və “Ən yaxşı mahnı” mükafatlarını qazanıb.

Günel Məlikzadə