Orban-Putin görüşü Aİ-də böhran yaratdı
    • 5-07-2024, 21:10
    • 153

Orban-Putin görüşü Aİ-də böhran yaratdı

Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstan lideri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.

News24.az xəbər verir ki, Orban səfərdən əvvəl verdiyi açıqlamada "sülh missiyası"nda olduğunu bildirib.

Avropa İttifaqı liderləri səfərə reaksiya verərək Orbanın Ukrayna ilə bağlı Aİ-ni təmsil etmək səlahiyyətinin olmadığını bildiriblər.

Bununla belə, Putin görüşdə Orbanın Aİ adından danışacağını gözlədiyini bildirib.

İki liderin Kremldə bir araya gəldiyi görüşdə Putin Orbana "Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparacağımızı ümid edirəm" deyib.

Orbana “Sülh təkliflərimi bilirsiniz” deyən Putin, Aİ-nin dönəm sədrliyinin Macarıstanda olduğunu bildiyini bildirib.

Orban Putinə “Avropa üçün vacib olan bəzi məsələlərlə bağlı sizin fikirlərinizi öyrənmək istəyirəm” deyərək, “Macarıstan tədricən həm Rusiya, həm də Ukrayna ilə danışa bilən sonuncu Avropa ölkəsi olacaq və mən bu fürsətdən istifadə etmək istəyirəm” dedi. 

Günel Məlikzadə