Cənubi Koreyanın yeni məşqçisi bəlli oldu
    • 8-07-2024, 09:13
    • 247

Cənubi Koreyanın yeni məşqçisi bəlli oldu

"Beşiktaş"ın sabiq məşqçisi Şenol Günəşin də adını çəkdiyi Cənubi Koreya Millisinin yeni məşqçisi bəlli olub.

News24.az Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Futbol Assosiasiyası (KFA) Cənubi Koreyanın Honq Myonq-bonu ikinci dəfə milli komandaya rəhbər təyin etdiyini açıqlayıb.

Cənubi Koreya millisində 136 dəfə çıxış edən və 2002-ci il Dünya Çempionatında öz meydanında komandanı yarımfinala qədər kapitanlıq edən Honq Cənubi Koreya Milli Komandası ilə 2027-ci il Asiya Kubokuna qədər müqavilə imzalayıb.

Sonuncu dəfə 2013-2014-cü illərdə 19 matçda komandaya rəhbərlik edən 55 yaşlı təcrübəli məşqçi DÇ-2014-də qrup mərhələsini tərk etdikdən sonra istefa verib.

Honq Cənubi Koreyaya 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatına rəhbərlik etmək tapşırılıb.

Günel Məlikzadə