Si və Orban görüşdü
    • 8-07-2024, 12:21
    • 331

Si və Orban görüşdü

Sinxua agentliyinin xəbərinə görə, Çinin paytaxtı Pekində Çin sədri Si Cinpin və Macarıstanın baş naziri Viktor Orban görüşüb. 

News24.az xəbər verir ki, iki lider görüş zamanı Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Orbanın Ukrayna böhranının siyasi həllini təşviq etmək səylərini təqdir etdiyini bildirən Si Çinin məsələ ilə bağlı fikirlərini açıqlayıb.

Gərginliyin qarşısını almaq üçün Sinin ÜÇ PRİNSİPİ

Tezliklə atəşkəs və siyasi həllin bütün tərəflərin marağında olduğunu vurğulayan Si qeyd edib ki, prioritet üç prinsipə əməl etməklə vəziyyəti sərinləməkdir: döyüş meydanını genişləndirməmək, münaqişələri qızışdırmamaq və heç bir tərəfə “alovu qızışdarmağa” imkan verməmək.

Prezident Si beynəlxalq ictimaiyyəti iki tərəf arasında birbaşa dialoq və danışıqların bərpasına kömək etməyə çağırıb.

Si bildirib ki, bütün böyük ölkələr mənfi deyil, "pozitiv enerji vursalar" bu münaqişədə atəşkəs mümkün qədər tez əldə edilə bilər.

Çin və Macarıstanın təklif və səylərinin əsasən eyni istiqamətdə olduğunu bildirən Si, "Çin öz üsulları ilə sülh danışıqlarını fəal şəkildə təşviq edir və böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyir" dedi.

Qeyd edək ki, Orban, sosial media hesabında görüşlə bağlı verdiyi açıqlamada Çinin "sülh üçün şərait yaradan əsas güc" olduğunu bildirib.

Baş nazir Orban Pekinə gəldikdən sonra sosial mediada "Sülh Missiyası 3.0" şərhi ilə bir fotoşəkil paylaşıb.

Günel Məlikzadə