Ukrayna: Rusiyanın hücumlarında ölənlərin sayı artdı
    • 9-07-2024, 12:56
    • 196

Ukrayna: Rusiyanın hücumlarında ölənlərin sayı artdı

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın ölkəsinə qarşı intensiv raket hücumları nəticəsində ölənlərin sayının 41-ə, yaralıların sayının isə 166-ya yüksəldiyini açıqlayıb.

News24.az xəbər verir ki, Klimenko keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynanın paytaxtı Kiyev, Kriviy Riq, Dnepr və digər şəhər,  yaşayış məntəqələrinə gündüz saatlarında həyata keçirdiyi raket hücumları ilə bağlı son vəziyyətlə əlaqəli məlumat verib.

Nazir Klimenko bəyan edib ki, hücumun baş verdiyi Kiyevdəki "Ohmatdit Uşaq Xəstəxanası"nda dağıntıların təmizlənməsi işləri davam edir.

Günel Məlikzadə