Livanda bu səbəbdən yanğın baş verdi
    • 9-07-2024, 23:30
    • 199

Livanda bu səbəbdən yanğın baş verdi

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu gecə və səhər saatlarında Livanın cənubundakı bəzi şəhərləri bombalamağa davam edib.

News24.az xəbər verir ki, İsrail ordusu 15-dən çox artilleriya atəşi ilə Mahmudiyyə bölgəsi, Ayşiyye qəsəbəsi və Kefr Raman ətrafını hədəf alıb.

Hücumların hədəf aldığı bölgələrdə yanğın baş verib. Mülki müdafiə bölmələri yanğınlara müdaxilə edib.

Livanın cənubunda Hanin, Ayta Şaab, Şakra və Remiş qəsəbələrində və Marun Ras qəsəbəsində baş verən yanğınlar mülki müdafiə və yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Qeyd edək ki, son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.

Günel Məlikzadə