Terror aktına cəhd edən agent SAXLANILDI
    • 10-07-2024, 11:22
    • 161

Terror aktına cəhd edən agent SAXLANILDI

FSB Rusiya Müdafiə Nazirliyinin üç yüksək rütbəli hərbçisinə qarşı terror aktı hazırlayan Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tərəfindən xidmətə cəlb edilmiş Rusiya vətəndaşını saxlayıb.

News24.az xəbər verir ki, 1994-cü il təvəllüdlü rusiyalı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi ilə  kuryer xidmətləri vasitəsilə hədiyyə qablaşdırmasında üç yüksək güclü partlayıcı qurğunun çatdırılmasını təşkil edib.

Həmin şəxs may ayında Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən işə götürüldüyünü etiraf edib.

Məryəm İlhamqızı