Netanyahudan atəşkəs üçün 4 şərt
    • 12-07-2024, 21:30
    • 211

Netanyahudan atəşkəs üçün 4 şərt

Qəzzada atəşkəslə bağlı bir gün əvvəl Qətərdə başlayan və dünən axşam Misirdə davam edən danışıqlar heç bir nəticə verməyib.

News24.az xəbər verir ki, Reuters xəbər agentliyinə danışan iki Misir təhlükəsizlik mənbəsi və məsələ ilə bağlı üçüncü mənbə bildirib ki, İsrail və Misir müzakirəçilərinin Qəzza-Misir sərhədində İsrailə silahlarını geri çəkməyə imkan verəcək “elektron nəzarət sistemi”nin yaradılmasını müzakirə edirlər. 

Mövzuya yaxın mənbə, danışıqların əsasən Filadelfiya dəhlizinin Misir tərəfində tikiləcək sensorlarla bağlı olduğunu bildirib və “Burada məqsəd Qəzzaya silah və insan qaçaqmalçılığını asanlaşdıracaq tunellər,  digər marşrutları müəyyən etməkdir. Bu, atəşkəs razılaşmasının mühüm elementi olacaq".

Misir təhlükəsizlik mənbələri həmçinin İsrail danışıqlarının yüksək texnologiyalı müşahidə sistemindən danışdıqlarını bildirib. Misir mənbələri sistemin ABŞ tərəfindən dəstəkləndiyi və maliyyələşdiriləcəyi təqdirdə Misirin bu fikrə qarşı çıxmadığını bildirib.

Bununla belə, mənbələr Misirin daha əvvəl qeyd olunan sərhəd qaydalarını dəyişdirəcək heç bir şeyi qəbul etməyəcəyini bildiriblər.

İsrail əsgərlərinin sərhəddə qalıb-qalmaması məsələsi atəşkəsin qarşısını alan məsələlərdən biri kimi tanınır. Həm Həmas, həm də Misir sərhəddə İsrail əsgərlərinin olmasına qarşıdır.

İsrailin baş naziri Binyamin Netanyahu dünən əsgərlərin buraxılış mərasimindəki çıxışında atəşkəs danışıqlarına toxunub.

Netanyahu deyib: “Vurğulamaq istərdim ki, girovlarımızın azad edilməsi ilə bağlı çərçivə sazişinə sadiqəm. Bununla belə, HƏMAS hələ də çərçivə sazişinə zidd olan və İsrailin təhlükəsizliyini təhlükə altına alan tələblər irəli sürməkdə davam edir. İsrailin baş naziri kimi mən bu tələbləri qəbul etmək istəmirəm. Bu səbəbdən də İsrailin təhlükəsizliyi üçün zəruri olan dörd prinsipi qətiyyətlə müdafiə edirəm”.

Netanyahudan 4 şərt

Birincisi odur ki, imzalanan istənilən saziş bütün məqsədlərə çatana qədər İsrailə müharibəyə qayıtmağa imkan verəcək.

İkincisi, İsrailin Filadelfiya dəhlizinə və Rəfah Sərhəd Qapısına nəzarət etməsi ilə Misirdən HƏMAS-a silah qaçaqmalçılığına icazə verilmir.

Üç, HƏMAS-ın və onun döyüş texnikasının Qəzza zolağının şimalına qayıtmasının qarşısını almaq.

Dördüncüsü, razılaşmanın birinci mərhələsində sağ qalan girovların azad edilməsi.

Netanyahu deyib: “Bunlar bizim sarsılmaz prinsiplərimizdir. Əgər biz bunlarda israr etsək, əminəm ki, həm girovlarımızı azad edəcək, həm də bütün məqsədlərimizə çatana qədər mübarizəmizi davam etdirməyimizi təmin edəcək razılaşma əldə edəcəyik. Girovlarımızı azad etməyin yolu HƏMAS-a bütün gücümüzlə təzyiq göstərməyə davam etməkdir".

Günel Məlikzadə