Şimali Koreyadan şar reaksiyası - FOTO
    • 16-07-2024, 17:02
    • 162

Şimali Koreyadan şar reaksiyası - FOTO

Şimali Koreya ilə Cənubi Koreya arasında keçən may ayında başlayan şar gərginliyi yenidən artıb.

News24.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq verdiyi yazılı açıqlamada Cənubi Koreyadan ölkələrinə təbliğat vərəqələri daşıyan 29 şarın göndərildiyini açıqlayıb.

Səhər saatlarında Çolvon bölgəsində 10, Sinfyonq bölgəsində 8, İçon bölgəsində 5, Phangyo bölgəsində 4, Koksan bölgəsində 1 və Phyonggang bölgəsində 1 böyük şar olduğunu qeyd edən Kim, "Hesabatlar başqa rayonlardan da gəlib ki, təbliğat vərəqələri tapılıb”.

Müvafiq bölmələrin analiz və məhvetmə işlərinə davam etdiyini bildirən Kim, “Onları yenidən sərt şəkildə xəbərdar edirik. Onlar cavaba hazır olmalıdırlar".

Kim Cənubi Koreyanın "kobud və çirkli" oyununa davam etsə, ölkəsinin əks hərəkətinin dəyişəcəyini xəbərdar edib.

Günel Məlikzadə