Keçmiş polis gənc həmkarını GÜLLƏLƏDİ
    • Dünən, 21:07
    • 75

Keçmiş polis gənc həmkarını GÜLLƏLƏDİ

Rusiyada keçmiş polis gənc həmkarını güllələyib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xabarovskda Trexqornaya küçəsində baş verib.

Evdə təklikdən bezən kişi təcili yardıma zəng edərək evində bir nəfərin ölüm ayağında olduğunu deyib.

Zəngə həkim briqadası və patrul xidmətinin əməkdaşları cavab verib.

Mənzil sahibindən ölmək üzrə olan kişinin harada olduğu soruşulub. Kişi isə boş divanı göstərib. Sonra silahını çıxarıb həkimlərlə birgə gələn gənc polisə atəş açıb.

O, hüquq-mühafizə orqanının əməkdaşına hücum etdiyi üçün saxlanılıb və barəsində cinayət işi başlanılıb.