Zirehli maşın aşıb: 6 əsgər yaralanıb
    • Dünən, 21:20
    • 62

Zirehli maşın aşıb: 6 əsgər yaralanıb

Vandan Hakkariyə gedən hərbi karvanda olan zirehli maşın Zernek Baraj Gölü ərazisində təkərinin partlaması nəticəsində idarəetmədən çıxaraq yan üstə düşüb.

News24.az xəbər verir ki, saat 13.00 radələrində meydana gələn qəzada 6 əsgər yüngül şəkildə yaralanıb.

Yaralılar təcili yardımla Van Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və onlara tibbi yardım göstərilib.

Yaralı əsgərlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Günel Məlikzadə