Terror əməliyyatı: 3 nəfər saxlanıldı
    • Dünən, 21:40
    • 55

Terror əməliyyatı: 3 nəfər saxlanıldı

Qaziantepdə jandarma qrupları terror təşkilatı PKK/YPG-nin təbliğatını aparanlara qarşı işini davam etdirir.

News24.az xəbər verir ki, bu çərçivədə sosial media hesablarında terror təşkilatı təbliğatı apardıqları müəyyən edilən E.Ş və Y.Z. və R.Z Şehitkamil rayonunda göstərilən ünvanda keçirilən əməliyyat zamanı saxlanılıb.

Həmin ünvanda aparılan axtarış zamanı rəqəmsal materiallar götürülüb.

Qeyd edək ki, şübhəlilər haqqında jandarmada əməliyyatlar davam etdirilir.

Günel Məlikzadə