İsrail Suriyadakı hava bazalarına hücum etdi
    • Bu gün, 15:52
    • 53

İsrail Suriyadakı hava bazalarına hücum etdi

İsrailin ilhaq etdiyi Qolan təpələrinə ölümcül raket hücumundan sonra şimal sərhədində gərginlik artır.

News24.az NTV-yə istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bu gün verdiyi açıqlamada İsrailin raketlərinin gecə ərzində Suriyanın cənubundakı iki hava hücumundan müdafiə bazasını vurduğunu bildirib.

Colanda Suriya və İsrail qüvvələrini ayıran atəşkəs xəttinə bitişik olan Dera əyalətində gecə boyu həyata keçirilən hücumlarda ölən və yaralanan olmadığı bildirilib.

Qeyd edək ki, Suriyanın dövlət mediası da hər hansı hücum barədə məlumat verməyib.

Günel Məlikzadə