Fransa Makronun xərclərindən danışır
    • Dünən, 21:50
    • 46

Fransa Makronun xərclərindən danışır

Fransa prezidenti Emmanuel Makronun ofisi keçən il Britaniya kralı Çarlz üçün dəbdəbəli şam yeməyi və Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla digər dövlət ziyafətləri təşkil edərkən büdcəni yüz minlərlə avro aşıb.

News24.az xəbər verir ki, keçən ilin sentyabrında Makron 17-ci əsrdə Versal Sarayının məşhur Güzgülər Zalında verdiyi dövlət şam yeməyində göy lobster, göbələk qratinli Bresse fransız quş əti və müxtəlif fransız və ingilis pendirləri təqdim edib.

Bu şam yeməyi Fransa dövlətinə 166 min 193 avrosu yemək və 42 min 515 avrosu içki xidmətləri daxil olmaqla 474 min 851 avroya başa gəlib.

Hugh Grant, Mick Jagger və Arsene Wenger kimi adların qatıldığı şam yeməyində kral Çarlz Makrona "Səxavətiniz mənə Fransada anama, mərhum kraliçaya göstərilən hörmətdən ailəmi və mən necə təsirləndiyimi xatırlatdı".

Fransa prezidenti tost zamanı etdiyi çıxışda, “Mən bilirəm ki, qitəmizin tarixini birlikdə yazmağa davam edəcəyik, çünki aramızda olan əlaqələr çox köhnədir”.

Qeyd edək ki, yoxlama məhkəməsi Hindistanı daha çox Fransız sualtı qayıqları və döyüş təyyarələri almağa razı salmaq istəyən Makronun 2023-cü ilin iyul ayında Modinin şərəfinə verdiyi dövlət yeməyinin 412 min avroya başa gəldiyini də açıqlayıb.

Audit məhkəməsi prezidentin xarici səfərlərinin artan xərclərinə də diqqət çəkərək, Airbus A330-un beynəlxalq uçuşlarda saatda 23 min avrodan çox xərclə istifadə edildiyini bildirib.

Qəbullar və rəsmi səfərlər üçün yüksək xərclər nəticəsində prezident xərcləri ötən il 6,5 faiz artaraq 117,2 milyon avroya çatıb.

Bildirək ki, Fransa hökumətinin 8,3 milyon avro büdcə kəsiri olub.

Günel Məlikzadə