Polisə yeni hüquqlar VERİLDİ
    • Bu gün, 13:22
    • 69

Polisə yeni hüquqlar VERİLDİ

Rusiyada İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər edilib.

News24.az xəbər verir ki, plenar iclasda polisə bir sıra qanun pozuntularına görə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan çıxarılması ilə bağlı müstəqil qərar qəbul etmək səlahiyyəti verilib. 

Mövcud qanunvericiliyə görə, inzibati tənbeh tədbiri kimi Rusiya Federasiyasından inzibati çıxarma əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə müəyyən edilir və hakim tərəfindən, Rusiya Federasiyasına daxil olarkən inzibati xəta törədildikdə isə sərhəd xidmətinin rəsmiləri tərəfindən təyin edilir. 

Qanun qüvvəyə mindikdən sonra inzibati qaydada deportasiya yalnız hakimlər və sərhəd xidmətinin əməkdaşları deyil, həm də daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçiriləcək.

Onu da qeyd edək ki, Rusiya Federasiyasından inzibati qaydada çıxarılmalı olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xüsusi müəssisələrdə saxlanma müddəti 48 saatdan çox olmayacaq.


Məryəm İlhamqızı