İşlədiyi evdən qızıl oğurlayan şəxs saxlanıldı
    • Bu gün, 10:31
    • 46

İşlədiyi evdən qızıl oğurlayan şəxs saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinə evlərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin evdə işləyən rayon sakini T.Hüseynova saxlanılıb. Onun evdən 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən olunub. T.Hüseynova qızılları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.