-
- 5-08-2024, 21:33
- 306
2 evdən 12 maşın zibil çıxdı - ƏTRAFLI
Antalyanın Kəpəz Bələdiyyəsi vətəndaşların istəyi ilə Günəş və Hüsnü Karakaş məhəllələrindəki evin bağçasında yığılan zibil və tullantıların çıxarılması üçün iş aparıb. Məhəllə sakinləri evlərin bağlarına yığılan zibillərin pis qoxu, milçək və zərərvericilərə səbəb olduğunu əsas gətirərək yığışdırılmasını tələb ediblər. Kəpəz Bələdiyyəsi Polis Şöbəsi qrupları apardıqları yoxlama zamanı şikayətə səbəb olan evlərin bağçalarında tonlarla zibil və tullantıların saxlandığını müəyyən ediblər.
News24.az xəbər verir ki, Təmizlik İşləri Müdirliyi qanuni icazələri aldıqdan sonra zibilin yığıldığı iki evdə təmizlik işlərinə başlayıb. İlk təmizlik işləri Günəş məhəlləsi 6011 küçəsində yerləşən və əvvəllər 4 dəfə zibildən çıxarılan fərdi yaşayış evində aparılıb. Təmizlik İşləri Müdirliyi işçiləri 5 saat davam edən işdən sonra evin bağçasındakı tonlarla zibil və tullantıları çıxarıb.
Bağda yığılmış tonlarla paltar, plastik butulkalar, bankalar, çantalar, kağız və mebellər çömçələrin köməyi ilə maşınlara yüklənərək evakuasiya edilib. Bağdan 10 maşın zibil çıxarılıb. Kəpəz Bələdiyyəsi vətəndaşların istəklərini nəzərə alaraq Hüsnü Karakaş məhəlləsi 3582 küçəsində yerləşən birmərtəbəli binanın bağçasındakı zibil və qırıntıları da təmizləyib. Buradan isə 2 maşın zibil çıxarılıb.
Antalya Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi və Nəzarət Şöbəsinin əməkdaşları da zibildən təmizlənmiş evlərin bağçalarında böcəklərə qarşı pestisid püskürtmə işləri həyata keçirib. Yol süpürən maşınla küçələrin təmizlənməsi ilə zibilxananın təmizlənməsi işləri yekunlaşıb. Məhəllə sakinləri pis qoxulara, milçəklərə, zərərvericilərə səbəb olan zibil evlərinin təmizlənməsindən razılıqlarını bildiriblər. İş maşınlarının istifadə olunduğu təmizlik işlərində Təmizlik İşləri Müdirliyinin 20 əməkdaşı və Polis Şöbəsinin 10 əməkdaşı iştirak edib.
Məryəm İlhamqızı