Məktəblinin əlində pnevmatik qumbara partladı
    • Dünən, 20:55
    • 71

Məktəblinin əlində pnevmatik qumbara partladı

Rusiyanın Tver şəhərində iki məktəblinin oyun meydançasında gəzintisi xəstəxanaya yerləşdirilməklə başa çatıb. 

News24.az xəbər verir ki, onlardan biri pnevmatik qumbarasını küçəyə çıxarıb və onunla işləmək üçün təhlükəsizlik tədbirlərinə əməl etməyib.

Məlumata görə, təhlükəsiz görünən “plastik qumbara” səkkiz yaşlı Tver sakininin babası tərəfindən alınıb. Pirotexniki vasitələr babadan ataya, sonra isə oğlanın özünə keçib. 

Yeddi yaşlı dostu yanında olarkən məktəbli “oyuncağı” bayıra çıxarıb və sancağı dartıb.

Nəticədə iki azyaşlı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmiyib.

Hüquq-mühafizə orqanları hava qumbarasının sahibi olan oğlanın valideynləri ilə bağlı araşdırma aparır.

Məryəm İlhamqızı