Martin Skorsezidən yeni qərar
    • Bu gün, 17:42
    • 48

Martin Skorsezidən yeni qərar

Hollivudun canlı əfsanələrindən olan Oskar mükafatçısı Martin Skorsezi “Çiçək Ayın Qatilləri” filmindən sonra bir daha belə irimiqyaslı layihələr etməyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, bu yaxınlarda Nyu Yorkdakı Jacob Burns Film Mərkəzində keçirilən sual-cavab tədbirində iştirak edən usta rejissor, bir daha çoxlu əlavələrlə böyük bir film çəkmək istəmədiyini bildirib.

Skorsezi serial üzərində işlədiyini söyləyib.

Digər tərəfdən Martin Skorsezinin bu qərarı David Grann-in "The Wager" kitabından uyğunlaşdırılacağını və Leonardo DiCaprionun baş rolda oynayacağını söylədiyi yeni film layihəsi ilə bağlı beyinlərdə sual işarəsi yaradıb.

Günel Məlikzadə