Rekord istilər can aldı
    • Bu gün, 16:51
    • 76

Rekord istilər can aldı

Cənubi Koreyada həddindən artıq istilərin fəsadları aydınlaşmağa başlayıb.

News24.az xəbər verir ki, Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-dən avqustun 3-dək istivurma nəticəsində 11 nəfər ölüb, 1546 nəfər isə istivurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumatda 6 müxtəlif təsərrüfatda 257 min 483 baş təsərrüfat heyvanının, o cümlədən 235 min 880 ev quşunun, 5 min 867 balığın həddindən artıq istilər səbəbindən tələf olduğu bildirilir.

Qeyd edək ki, KMA dünən Gyeonggi əyalətinin Yeoju şəhərində temperaturun 40 dərəcəyə çatdığını açıqlayıb. 

Günel Məlikzadə