DƏHŞƏTLİ HADİSƏ: Azərbaycanda yeniyetmənin üstündən kater keçdi..
    • Dünən, 21:36
    • 1 075

DƏHŞƏTLİ HADİSƏ: Azərbaycanda yeniyetmənin üstündən kater keçdi..

Mingəçevir su anbarında yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

News24.az Report-a istinadən xəbər verir ki, su anbarında çimən şəhər sakini, 2008-ci il təvəllüdlü Nəsib Vüsal oğlu Kazımlının üzərindən kater keçib. Bu zaman qayığın pəri yeniyetməyə xəsarət yetirib.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.