İnəyi sağmağı unudan həyat yoldaşını DÖYDÜ
    • Bu gün, 20:34
    • 87

İnəyi sağmağı unudan həyat yoldaşını DÖYDÜ

Altay diyarının Mamontovski rayonunda kişi inəyə görə həyat yoldaşına yumruqla hücum edib. 

News24.az xəbər verir ki, bu barədə Altay diyarı ədliyyələrinin fəaliyyətinin təmin edilməsi idarəsinin mətbuat xidməti məlumat yayıb.

Sərxoş kənd sakini evə qayıdan zaman həyat yoldaşının inəyi sağmağı unudduğunu görüb. Əsəbləşən kişi yoldaşını axtarmağa gedib. 

Qadının dostuna baş çəkdiyini görüb və qəzəblənərək onu döyməyə başlayıb.

Hadisə yerinə polis çağırılıb və inzibati xəta haqqında protokol tərtib edilib. 

Kişi günahını etiraf edib və peşman olub. Zərərçəkmiş yoldaşını məsuliyyətdən azad etməyi xahiş edib.

Məryəm İlhamqızı