Gümüşlər Manastırı "Gülən Məryəm Ana" freskası ilə diqqət çəkdi
    • Bu gün, 21:21
    • 43

Gümüşlər Manastırı "Gülən Məryəm Ana" freskası ilə diqqət çəkdi

Niğdenin mərkəzindən 6 kilometr aralıda yerləşən Gümüşlər qəsəbəsində 8-12-ci əsrlər arasında tikildiyi təxmin edilən monastırda qayaüstü oyulmuş keşiş otaqları, mətbəx, anbar qabları, iki mərtəbəli yeraltı şəhər və fövqəladə vəziyyətdə gizlənmək üçün bölmələr yer alıb.

News24.az xəbər verir ki, monastırdakı kilsənin divarları Hz. İsanın anası Hz. Məryəmin və xristianlığın erkən dövründən görkəmli şəxslərin şəkilləri ilə bəzədilib.

Anadoluda yeganə nümunəsi olaraq bilinən kilsənin divarına çəkilmiş "Gülən Məryəm Ana" freskası ziyarətçiləri cəlb edib.

Bələdiyyə sədri Cahit Çelik, tamamilə qayadan oyulmuş monastırın içərisində diametri 15 metr, hündürlüyü 14 metr olan həyətin olduğunu və bu xüsusiyyəti ilə bölgədə bənzərsiz olduğunu bildirib.

Kapadokya bölgəsindəki kilsə monastırlarının ümumiyyətlə mətbəx və yeməkxana ilə tikildiyini qeyd edən Çelik, Gümüşlər Manastırının kvadrat formalı və açıq həyəti olan yeganə bina olduğunu vurğulayıb.

Məryəm İlhamqızı