"WhatsApp" çökdü
    • 30-05-2024, 17:00
    • 176

"WhatsApp" çökdü

Dünyanın ən böyük kommunikasiya proqramlarından biri olan WhatsApp-da giriş problemi yaranıb.

News24.az xəbər verir ki, günorta saatlarında əlaqə problemi yaşayan bir çox insan "WhatsApp çökdü, niyə açılmır?" suallarınıza cavab axtarıb. B

Qlobal miqyasda problem bildirən istifadəçi hesabatlarından sonra WhatsApp-da problem olduğu müşahidə edilir.

Hesabat bildirişlərindən sonra istifadəçilər proqrama daxil olmaqda və mesajların çatdırılmasında problemlərlə üzləşirlər.


Qeyd edək ki, WhatsApp məsələ ilə bağlı hələki açıqlama verməyib.

Günel Məlikzadə