Yaponlar xəbərdarlıq etdi: Bir gün sonra zəlzələ baş verdi
    • Bu gün, 16:31
    • 90

Yaponlar xəbərdarlıq etdi: Bir gün sonra zəlzələ baş verdi

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Tokio və ətraf rayonlarda 5,3 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, hökumət dünən ilk dəfə olaraq ölkənin Sakit okean sahillərində baş verə biləcək güclü zəlzələ ilə bağlı xəbərdarlıq etmişdi.

Hökumət paytaxt Tokio, Kanaqava, Saitama, Yamanaşi və Şizuoka bölgələri üçün zəlzələ xəbərdarlığı etsə də, sunami xəbərdarlığı etməyib.

Qeyd edək ki, zəlzələdən sonra Tokio metrosunun xətlərindən biri qısa müddətə dayanıb. Kanaqava prefekturasının qərbi kimi zəlzələdən ən çox zərər çəkən ərazilərdə dağıntıların olub-olmayacağı hələ məlum deyil.

Günel Məlikzadə