Hacı Əliyev karyerasını başa vurdu
    • Dünən, 22:21
    • 63

Hacı Əliyev karyerasını başa vurdu

Paris-2024 Yay Olimpiya Oyunlarını mükafatsız başa vuran Hacı Əliyev karyerasını bitirib.


News24.az xəbər verir ki, 33 yaşlı idmançı bu barədə özünün instaqram hesabında paylaşım edib. 

O, fotosunu paylaşaraq “Bu da son!” deyib.

Qeyd edək ki, Hacı Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb.