Putin Azərbayacana bu tarixdə GƏLƏCƏK
    • 16-08-2024, 16:23
    • 320

Putin Azərbayacana bu tarixdə GƏLƏCƏK

Rusiya prezidenti Vladimir Putin statusuna görə ən yüksək dövlət səfərini Azərbaycana edəcək.

News24.az bildirir ki, bu baradə Kremlin mətbuat xidməti xəbər verir.

Danışılacaq mövzuları arasında “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər” xüsusi yer tutur. Kremlin bəyanatında qeyd edildiyi kimi, səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır. 

Qeyd edək ki, səfər avqustun 18-19-da baş tutacaq.

Günel Məlikzadə