“Bir oğulu ana düzəldə bilməyibsə...” - Psixoloq “evlənsin, düzələcək” formuluna qarşı
    • Dünən, 21:24
    • 97

“Bir oğulu ana düzəldə bilməyibsə...” - Psixoloq “evlənsin, düzələcək” formuluna qarşı

Ailə məsuliyyətini dərk etməyən, övladını idarə etməyi bacarmayan valideynlər çarəni evlilikdə görür. Hər kəs gənclərin evləndikdən sonra məsuliyyət hiss edəcəyinə inanır.

News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Zeynəb Əyyubovanın sözlərinə görə, evlilik xarakterdəki heç bir nöqsanı düzəltmir:

“Bir oğulu ana düzəldə bilməyibsə, onu evləndirib kiminsə qızını bədbəxt eləmək lazım deyil. Azərbaycan analarının ən böyük problemi narsist oğul böyütmələridir. Analar oğullarını 10 yaşına qədər özləri geyindirir, yeməyini yedizdirirlər. 12-15 yaşında oğlan artıq tabe olmayanda “oğlandır, yeniyetməlikdir” deyirlər. Sonradan antisosial tip, problemli şəxs olanda isə “evlənsin, düzələcək” tezisi dövriyyəyə girir. Evlilik heç nəyi düzəltmir. Əksinə, evlilik xarakterdəki problemlərin daha qabarıq üzə çıxmasına şərait yaradır”.