Məşhur milyarder və qızının cəsədləri batan qayıqdan çıxarılıb
    • 22-08-2024, 09:28
    • 293

Məşhur milyarder və qızının cəsədləri batan qayıqdan çıxarılıb

İtaliya sahillərində batan yaxtada ölənlərin sayı 6 nəfərə çatıb. Qayıqdan daha iki cəsəd tapılıb və cəsədlərin gəminin sahibi, 59 yaşlı texnologiya sahibkarı və milyarder Mayk Linç və onun 18 yaşlı qızı olduğu müəyyən edilib. 

News24.az xəbər verir ki, aparılan işlər zamanı şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş daha 3 nəfərin meyiti tapılıb.

Əməliyyatın üçüncü gününə girdiyi üçün xilasetmə qrupları itkin düşən sonuncu şəxsin axtarışlarını davam etdirir.

Qeyd edək ki, Britaniyalı texnoloji sahibkar Mayk Linçin həyat yoldaşı Angela Bacaresə məxsus 56 metrlik lüks yaxta bazar ertəsi Siciliya sahillərində şiddətli fırtına zamanı 10-u ekipaj olmaqla ümumi 22 nəfərlə batıb. Təbii fəlakətdən sonra aralarında uşaq və yaxtanın sahibi Bacares olmaqla 15 nəfər xilas edilib, 7 nəfər isə itkin düşüb.


Günel Məlikzadə