Bitkoin yenidən UCUZLAŞDI
    • 28-08-2024, 11:14
    • 454

Bitkoin yenidən UCUZLAŞDI

İnvestorlar, bazarlardakı intensiv məlumat gündəmi qarşısında ehtiyatlı davranmağa davam edirlər.

News24.az xəbər verir ki, azalan risk iştahı kriptovalyuta bazarlarına da mənfi təsir edib.

FED sədri Pouellin faiz endirimi ilə bağlı mesajlarından sonra keçən həftə 65 min dollara çatan bitkoin yeni həftədə ucuzlaşıb.

Ötən gecə kəskin satışlarla 58 min dollara düşən bitkoin bu gün 59 min 150 dollar civarında alıcı tapıb. 

Beləliklə, son üç gündə azalma 8 faizi ötüb. Etheruem təxminən 2800 dollardan 2400 dollara düşüb.

Günel Məlikzadə