Emin ən sevdiyi avtomobilini nümayiş etdirdi - VİDEO
    • 28-08-2024, 20:21
    • 1 207

Emin ən sevdiyi avtomobilini nümayiş etdirdi - VİDEO


Xalq artisti Emin Ağalarov sevimli avtomobilini nümayiş etdirib. 

Müğənni "Cadillac Eldorado" markalı maşını 2800 dollara ABŞ-dən aldığını deyib.

O bildirib ki, 1997-ci ildə aldığı avtomobili indi Bakıya gətirib:

"Maşını Pensilvaniyada çox yaşlı bir kişidən aldım, onu saytdan tapdım. Qar yağırdı, ev sahibi məni qaraja apardı, kürək verdi və dedi: Qazın, görün”. Onu qazmağım bir saat çəkdi. Sadəcə, yuxu idi. Elvis Preslinin çoxlu "Cadillac"ları var idi və mən onun böyük pərəstişkarıyam. Dostlarım və atamla onu təmir etdik. Amma yenə xarab oldu. Sonra əsaslı şəkildə təmir etdirdim. Bu il avtomobilin 50 yaşı tamam oldu". (Axşam.az)