Oğurlanmış məşhur əsər TAPILDI
    • Bu gün, 18:14
    • 102

Oğurlanmış məşhur əsər TAPILDI

Məşhur qraffiti rəssamı Benksinin Londonun mərkəzindəki Qrov İncəsənət Muzeyindən oğurlanmış "Şarlı Qız" əsəri tapılıb.

News24.az “The Guardian” qəzetində yer alan xəbərə istinadla məlumat verir ki, İngiltərə polisi Londonun şərqindəki Bekton rayonunda yaşayan 47 yaşlı Larri Freyzer və Esseks bölgəsində yaşayan 53 yaşlı Ceyms Lavı oğurluq ittihamı ilə saxlayıb.

Gecə saat 11:00 radələrində oğurlanan əsərin qalereyaya qaytarılacağı bildirilib.

Qeyd edək ki, Benksi 2002-ci ildə Londonun müxtəlif yerlərində Balonlu Qız qraffitisini çəkib.

2018-ci ildə əsərin bir nüsxəsi 1 milyon funt sterlinqdən çox qiymətə satılıb, lakin çərçivədə gizlədilən kağız parçalayıcı tərəfindən yararsız hala salınıb. Parçalanmış əsər son halında 18,5 milyon funta satılıb.

Məryəm İlhamqızı