Rusiyadan Türkiyə ilə bağlı açıqlama:
    • Bu gün, 18:23
    • 109

Rusiyadan Türkiyə ilə bağlı açıqlama: "ABŞ-nin təzyiqinə baxmayaraq..."

Kremlin sözçüsü Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.

News24.az "Hürriyet"-ə istinadla xəbər verir ki, Peskov ABŞ-nin Türkiyə ilə bağlı siyasətinə də toxunaraq, "ABŞ Türkiyə iqtisadiyyatına təsir göstərməsi üçün açıq şəkildə Türkiyəyə təzyiq edir və onu qorxudur. Ancaq gördüyümüz kimi, Türkiyə Cümhuriyyəti bizimlə də iqtisadi əlaqələrini inkişaf etdirərək, yalnız öz maraqlarından çıxış etməyə davam edir", - qiymətləndirilməsini edib.

Peskov Türkiyə ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə davam etdiklərini bildirib.

Qeyd edək ki, Rusiyanın casusluqda və ölkənin təhlükəsizliyinə təhdid törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdiyinə diqqət çəkən Peskov, İngiltərə ilə diplomatik əlaqələrin kəsilməsinin söz mövzusu olmadığını da bildirib.

Məryəm İlhamqızı