Dilan Polat 9 aydan sonra lüks villasında
    • Bu gün, 14:22
    • 128

Dilan Polat 9 aydan sonra lüks villasında

Xəbər verdiyimiz kimi, İstanbulda Marmara Cəzaçəkmə Müəssisəsində saxlanılan sosial media fenomeni və gözəllik mərkəzinin sahibi Dilan Polat məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Bir dəri bir sümük qalan Dilan Polat azadlığa çıxdığı gündən bəri səssizdir. Əvəzində Sıla Doğu vaxtaşırı paylaşımlar edir.

Qeyd edək ki, Dilan Polat azadlığa çıxandan sonra dəbdəbəli villasında deyil, bacısının evində qalıb, lüks maşınlara minməyib.

Amma aydındır ki, bu qərar dəyişib.

Sıla Doğu Dilan Polatla poza verib və paylaşımını sürətlə silib. Yazıda iki detal diqqət çəkib: Biri Polatın arıqlamağı, digəri isə dəbdəbəli villasına qayıtması olub...

Sıla Doğu paylaşımı sildikdən sonra Dilan Polatın oğlu ilə şəkil paylaşmağa üstünlük verib.

Məyəm İlhamqızı