Kim Çen In Putinin hədiyyə etdiyi maşını dəyişdi - FOTO
    • Bu gün, 09:51
    • 322

Kim Çen In Putinin hədiyyə etdiyi maşını dəyişdi - FOTO


Kim Çen In rus "Aurus"unu yeni "Mercedes Maybach"a dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə britaniyalı jurnalistlər Koreya Mərkəzi Televiziyasının görüntüsünə əsasən məlumat yayıblar.

Kim Çen In daşqından zərər çəkmiş ərazilərə səfər zamanı ABŞ-də yenilənmiş "Mercedes Maybach GLS 600"dən istifadə edib. Məlumata görə, bu cür yolsuzluq avtomobillərinin qiyməti 178 450 dollardan başlayır.

Mart ayında Şimali Koreya lideri Rusiya tərəfdən hədiyyə edilən zirehli limuzin - "Aurus Senat" sürürdü. Daha sonra Vladimir Putinin Pxenyana səfəri zamanı ona "Aurus Senat" təqdim edilib. Bir müddət Kim Çen In müntəzəm olaraq "Aurus" sürüb, lakin indi "Mercedes-Benz" məhsullarına qayıdır.