İsrail Suriyaya hücum etdi: Ölən və yaralananlar var
    • Bu gün, 10:35
    • 67

İsrail Suriyaya hücum etdi: Ölən və yaralananlar var

İsrail ordusu Suriyanın Həma kəndinə hücum edib.

News24.az Suriya dövlət xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, İsrailin Masyaf şəhərinə hücumları nəticəsində azı 14 nəfər həyatını itirib.

Açıqlamada 43 nəfərin yaralandığı bildirilib.

Masyaf Milli Xəstəxanasının direktoru Dr. Faysal Haydar bildirib ki, 6 nəfərin vəziyyəti hələ də ağırdır və ölənlərin sayı arta bilər.

Günel Məlikzadə