Moskva birjasında dəyişiklik: Əsas indeksi YUANLA hesablanacaq
    • 11-09-2024, 14:36
    • 318

Moskva birjasında dəyişiklik: Əsas indeksi YUANLA hesablanacaq

Moskva birjasının əsas indeksinin yuanla hesablanmasına başlanacağı bildirilib.

News24.az xəbər verir ki, bu baradə Moskva Birjası yazılı açıqlama verərək bildirib:

"Sentyabrın 24-dən hazırda yalnız rubl və dollarla hesablanan əsas indeks yuanla da hesablanacaq".

ABŞ Maliyyə Nazirliyinin iyunun 12-də sanksiyalar siyahısına əlavə etdiyi Moskva Birjası iyunun 13-dən dollar və avro ilə fəaliyyətini dayandırıb.

Günel Məlikzadə