Küçədə qadına "SATAŞDI": AQİBƏTİ BELƏ OLDU
    • Bu gün, 15:46
    • 271

Küçədə qadına "SATAŞDI": AQİBƏTİ BELƏ OLDU

Türkiyədə R.B. (28) adlı şəxs marketə girən Zeynep C.-yə (28) təcavüz edib.

News24.az xəbər verir ki, təcavüzdən sonra qadın polisə xəbər verib.

R.B polislərin gəldiyini görüb, qaçmağa başlayıb.

Küçədə başlayan təqib zamanı şübhəli gizlənmək üçün iş yerinə girib.

İş yerinin girişində oturan işçi polis əməkdaşlarına “bu tərəfə” xəbərdarlığı edib və onları içəri istiqamətləndirib.

Təcavüz edildiyini iddia edən Zeynep C. şikayət edib.

Polis bölməsində ifadəsi alınaraq qanuni prosedurlar aparılan R.B., göndərildiyi məhkəmə tərəfindən "təcavüz" cinayətinə görə tutularaq həbsxanaya göndərilib.

Günel Məlikzadə