Qeybət insanın dil açmasına səbəb olubmuş - Maraqlı ARAŞDIRMA
    • Dünən, 22:43
    • 117

Qeybət insanın dil açmasına səbəb olubmuş - Maraqlı ARAŞDIRMA

Dedi-qodu nitq ortaya çıxdığı andan  insan vaxtının 20%-ni almağa  başlayıb. Boş söhbətlərin və qohumların müzakirəsinin köməyi ilə qədim insanlar böyük icmalarda sosial əlaqələri qoruya və dili inkişaf etdirə biliblər.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bitaniyalı antropoloq Robin Dunbar bildirib ki, primatlar vaxtlarının təxminən 20%-ni baxım işlərinə - dərilərinə qulluq etməyə və qrupdakı bağları qorumaq üçün qohumlarından parazit axtarmağa sərf edirlər.

İnsanlar isə heyvanlardan fərqli olaraq özlərinə qulluq etmək əvəzinə dedi-qodu ilə də məşğul olublar.

“Nitqin meydana çıxmasından bəri, icmaları formalaşdıran və sosial münasibətləri yaratmağa  kömək edən məhz "boş söhbətlər" və müzakirələr olub.

Müasir dünyada vaxtımızın 20% -ni dedi-qoduya sərf etməyə davam edirik, çünki qeybət bir növ əyləncə, mənfi enerjini boşaltma vasitəsi və "sosial yapışqan"dır”- deyə alim bildirib.