“Sponsorun “həci” olacaq, hamı səni tanıyacaq”
    • 28-10-2024, 22:12
    • 378

“Sponsorun “həci” olacaq, hamı səni tanıyacaq”


“Bir tərəfdən populyar olmaq indi asandır. İstənilən kommunikasiya var. Sən istədiyin vaxt, mahnını rəqəmsəl platformalarda çıxara bilərsən, yutubda mahnı paylaşa bilərsən, vacib deyil ki, səni hansısa konsertə dəvət etsinlər, Beynəlxalq, ya da Respublika müsabiqəsinin qalibi olasan ki, Heydər Əliyev Sarayına AzTV-yə çıxa biləsən...”. 

News24.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində Xalq artisti Faiq Ağayev deyib. 

O bildirib ki, indi məşhurlaşmaq daha rahatdır:

“Əvvəl istedadla çıxmaq daha asan idi. AzTV-yə çıxmaq asan deyildi. İndinin də öz çətinlikləri var. Biz Heydər Əliyev Sarayına çıxmaq üçün, gərək Respublika müsabiqəsinin qalibi, ya Əməkdar artist, ya da Dövlət orkestrında solist olmayıldıq. İndi kommersiya verilişləri “n” qədərdir, pulunu ver, çıx. Hansısa həkim, ya da hansısa “həci” sponsorun olacaq, çıxacaqsan, hamı tanıyacaq. Bir dənə “qatıqlayırsan”, ulduz olursan. Hərdən televizya izləyirəm. O qədər də eyni sima görmürəm. Adi günlərdə axşam 7-12 arası televiziyaya baxıram. Məsələn, məşhur aparıcılarımızın verilişlərini izləyirəm. Deyə bilmərəm ki, yerli televiziyalara baxmıram. Atan soğan, anan sarımsaq sən haradan oldun gülməşəkər? Öz televiziyandır, baxmırsan öz problemindir. Xoşuna gəlmirsə belə, izləməlisən ki, sabah irad bildirəndə konkret olsun, havaya söz atmayasan”.