Aprel şəhidlərinin övladları üçün EKSKURSİYA- FOTO
    • 27-08-2019, 09:02
    • 757

Aprel şəhidlərinin övladları üçün EKSKURSİYA- FOTO

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi (1919-2019)” münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Gələcək nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə edilməsi, onlarda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, sərhədçi peşəsinə marağın artırılması məqsədilə 2016-cı ilin aprel döyüşləri şəhidlərinin 15-19 yaşları arasındakı övladlarının avqustun 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat şəhərində yerləşən 2005 nömrəli hərbi hissəsinə və Xaçmaz rayonu Xanoba kəndi ərazisində yerləşən sərhəd zastavasına ekskursiyaları təşkil edilib.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Ekskursiya müddətində tədbir iştirakçıları hərbi hissənin Heydər Əliyev İdeoloji Mərkəzini ziyarət edib, yaradılan şəraitlə tanış olub, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Dövlət Sərhəd Xidmətinə göstərilən yüksək diqqət və qayğı barədə geniş məlumat verilib, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub, özfəaliyyət kollektivinin və Xaçmaz rayon Mədəniyyət Evinin incəsənət xadimlərinin tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxışları təşkil edilərək xatirə fotoşəkilləri çəkilib.