-
- 16-12-2019, 13:13
- 730
"Laçın" üçün 14 milyon dollar XƏRCLƏNİLİB
"Yeni zavodlarda gəmi tikmə xərcləri başlanğıc dövrlərdə bir qədər artıq olur. İllərdir fəaliyyət göstərən zavodlarda isə təkrarlanan layihələr olduğu üçün xərclər bir qədər aşağıdır".
News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmamverdi Həsənov deyib. İ.Həsənov tanker və gəmi bərəyə xərclənən vəsaiti açıqlayıb: "Bu tankerin eni əvvəlkilərlə müqayisədə böyükdür. Bu da öz növbəsində daha çox yük götürmə imkanlarına malikdir. Tankerin ərsəyə gəlmə xərci 14 milyon, gəmi bərəsinin isə 41 milyon dollardır. Bu elə də böyük məbləğ deyil".
İmamverdi Həsənov zavodda çalışan əcnəbi işçilər barədə ünvanlanan suala da münasibət bildirib: "Zavodun idarəetmə heyəti ram olaraq azərbaycanlılardan ibarətdir. Buna baxmayaraq biz, xaricdən də mütəxəssislər cəlb etmişik. Onların ümumilikdə sayı 5 faizdən artıq deyil".