Anar Nəcəfli oğlunun məktəbindən şikayət etdi: -Məmur nəvəsi dərsdə mühafizə ilə oturur
    • 22-12-2019, 11:38
    • 1 591

Anar Nəcəfli oğlunun məktəbindən şikayət etdi: -Məmur nəvəsi dərsdə mühafizə ilə oturur

"Oğlumun sinifinə təzə bir qız gəlib.. Bir vəzifəli şəxsin nəvəsidir.. Məktəbə mühafizə ilə gəlir.. Həmin mühafizə bununla bərabər dərsdə də oturur.. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da.. Bu o məktəbdir ki, valideynlər məktəbin kandarından içəri bir addım buraxmırlar.. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimləri isə işdən çıxarılmadan qorxurlar!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!"
News24.az xəbər verir ki, bu sözləri AAYDA-nın mətbuat katibi Anar Nəcəfli öz hesabında paylaşıb. O, övladının oxuduğu məktəbdən şikayət edib.
"Məktəbin nömrəsini hələ ki, yazmıram, çünki hələ yazmağa çox şey var! Fikirləşirəm həm də bəlkə düzələr! Sonda nömrəsini də lazım olsa qeyd edəcəyəm!!"