Oqtay Əsədov və Səməd Seyidov "Dünya Holokost Forumu 2020"-də İŞTİRAK EDƏCƏKLƏR - FOTO - VİDEO
    • 22-01-2020, 12:58
    • 702

Oqtay Əsədov və Səməd Seyidov "Dünya Holokost Forumu 2020"-də İŞTİRAK EDƏCƏKLƏR - FOTO - VİDEO

Milli Məclisin sədri cənab Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq və Parlamentlərarası komitəsinin sədri Səməd Seyidov 22-23 yanvar tarixlərində Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş Dünya Holokost Forumu 2020 (World Holocaust Forum 2020) tədbirlərində iştirak edəcəklər.

News24.az xəbər verir ki, tədbirlərdə dünya liderlərinin iştirakı gözlənilir. İsrail Dövlətinin Prezidenti dünya liderlərinin unikal kampaniya vasitəsilə Holokost qurbanlarının anım gününü dəstəkləməyə dəvət edib. “Evanın hekayələri” (Eva Stories) milyonlarla gənclərə Holokost haqqında məlumat verəcək. 

22 yanvar tarixində keçiriləcək tədbirlər Prezident İqamətgahında şam yeməyi, Yad Vaşemin mətbuat mərkəzində press brifinqi və 23 yanvar tarixində Yad Vaşemdə Dünya Xolokost Forumun əsas tədbirindən ibarət olacaq. 

FOTO: GPO