Bıçaq götürüb “zaprafka”ya hücum etdi – AZƏRBAYCANDA
    • 21-02-2020, 17:23
    • 850

Bıçaq götürüb “zaprafka”ya hücum etdi – AZƏRBAYCANDA

Şəkidə quldurluq etdiyinə görə tutularaq məsuliyyətə cəlb edilən və məhkəmənin hökmü ilə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni, quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinmiş Mənəfli Tacı musa oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə zamanı Şəkinin Kiçik Dəhnə kənd inzibati ərazisində fəaliyyət göstərən “Dəhnə Petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin yardımçı otağın pəncərə şüşəsini sındıraraq, orada işləyən operatorlara bıçaq və taxta parçası ilə hədələyərək pul vermələrini tələb ediblər.

Müqavimətlə rastlaşdığını görən maskalı şəxslər qaçaraq ərazini tərk ediblər.

Şəki Şəhər (Rayon) Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə onlardan biri - Kiçik Dəhnə kənd sakini Tacı Musa oğu Mənəfli isti izlərlə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.