"Deyirdilər ki, oğlumu çağırmaq istəmirəm, mənə taksi göndərin”- Sahil Babayev
    • 7-04-2020, 18:27
    • 607

"Deyirdilər ki, oğlumu çağırmaq istəmirəm, mənə taksi göndərin”- Sahil Babayev

"Vətəndaşlar müraciət etmək üçün tələsməsinlər, birinci qeydiyyatdan keçənlər qabağa salınmayacaq”.

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, bütün müraciətlərə baxılacaq: “İlk günlərdə həmişə say yüksək olur. Biz ahıllarla bağlı elan verdikdə, bir gün ərzində 15 min müraciət oldu. Onların 80 faizi tək yaşamırdı. Bir çoxu deyirdi ki, oğlumu çağırmaq istəmirəm, mənə taksi göndərin. Amma bu gün müraciətlərin sayı 100-150-yə düşüb. Tənha insanlara yardımla bağlı açıqlamalardan sonra çox zənglər gəldi. Sonra məlum olub ki, onların çoxu tənha deyilmiş. Bunu araşdırdıq”.  ”.

Nazir əlavə edib ki, saytda eyni anda 30 min insan əməliyyat apara bilir.