Hindistanda koronavirusla mübarizə necə aparılır?
    • 11-04-2020, 21:55
    • 721

Hindistanda koronavirusla mübarizə necə aparılır?

Koronavirusun (COVID-19) dünyanı məhv etdiyi bir vaxtda xəstəliyin Hindistanın kənd və dağlıq ərazilərində yayılması barədə az məlumat var.

Daha əhəmiyyətlisi, bu ərazilərdə virusla mübarizə necə idarə olunur? Hindistan Çin, İtaliya və İran kimi oxşar və yaxud daha da pis yolu izləyəcəkmi? Adətən xaotik təsvir olunan, səhiyyə imkanları zəif və tibbi işçi qüvvəsi az olan 1,3 milyard nəfərlik bir ölkədə bu nə deməkdir?
Bəlkə də Hindistanın xilaskarı möcüzəvi bir peyvənd yox, effektiv idarəetməsi və ictimai səhiyyənin böhrana cavabıdır.

Hindistanın 1.3 milyard əhalisinin üçdə ikisi kənd ərazilərində, təxminən 650.000 kənddən ibarət 728 bölgədə yayılmışdır. 31 mart çərşənbə axşamına kimi ölkə üzrə ümumilikdə 1397 yoluxma faktı qeydə alınmışdır ki, bunun 146-sı keçən 24 saat ərzində baş vermiş və ölüm hallarının sayı 35-ə yüksəlmişdir. Bu xəstəliyin necə ölümcül ola biləcəyi və insanlara necə təsir edəcəyi haqqında əksəriyyətin xəbərdar olmasından çox əvvəl hərtərəfli tədbirlər görülməsinə baxmayaraq  cəmiyyət daxilində yayıldıqdan sonra onun öhdəsindən gəlmək asan deyil. 

Rayon və ştat səviyyəsində səhiyyə böhranının idarə edilməsi

Hindistan, öz vətəndaşları üçün də daxil olmaqla digər ölkələrdən ölkəyə girişə qadağa qoyaraq bütün daxili uçuşları ləğv etdi. Hər il bütün dünya əhalisinin sayına bərabər sərnişin daşıyan Hindistan Dəmir Yolları sərt yoxlamalar tətbiq etməyə başladı. Martın 25-də isə yalnız zəruri ərzaq və dərman almaq istisna olmaqla insanların evlərini tərk etmələri qadağan olundu. 

Hindistan Konstitusiyasına əsasən səhiyyə ştat səviyyəsində idarə olunur. Epidemiyaya nəzarətə gəldikdə isə, Səhiyyə Nazirliyinin göstərişləri mütləqdir və bütün ştatlar tərəfindən yerinə yetirilir. 2005-ci il Milli Fəlakətin İdarə Edilməsi Qanununun tətbiqi ilə inzibati sistem gücləndirilmişdir. Həqiqətən də, siyasi mübahisələr xeyli dərəcədə azalmışdır, çünki bütün ştatlar təhlükənin nə olduğunu başa düşüb.

Hindistanın inzibati sistemi —ştatların hər biri on minlərlə kənddən ibarət olan rayonlara bölünməsi — dünyanın heç bir yerində paraleli olmayan təşkilati quruluşla idarə olunur.

Rayon rəhbərliyi, vaxtilə rayonları atla gəzən İngilis zabitləri tərəfindən idarə olunan müstəmləkə hökumətindən miras qalmışdır. Atlar yoxa çıxıb, ancaq quruluş bütün ölkə daxilində qalmaqdadır. Buna baxmayaraq bu idarəetmə effektiv, dəqiq və sürətlidir (əsasən böhran dövrlərində olsa da). Hər bir rayona inzibati rəhbərliyi təmsil edən və fəlakətlər zamanı rayon daxilində hər kəsə və hər şeyə münasibətdə sərəncam vermək səlahiyyətinə sahib olan bir məmur (DM) rəhbərlik edir.

Rayon İcra Hakimiyyəti işin icrasına necə kömək edir 

Bu kimi dövrlərdə DM-nin səlahiyyəti mübahisəsiz və mütləqdır: onlar (DM-lər) boş tikililəri, xüsusi nəqliyyat, otel sahəsi və hətta işçi qüvvəsini rəsmi sərəncama götürə bilər və bütün hərəkətin dayandırılması və yaxud dəyişdirilməsi üçün göstəriş verə bilər, ev ziyarətlərinə təlimat verə və sənədləşdirmə və hesabat sistemi qura bilər. Bu kimi göstərişlər alt şöbələr tərəfindən icra edilir və DM-yə hesabat verən polislər tərəfindən tənzimlənir. Heç bir başqa ölkədə inzibati idarəçilərin bu qədər sürətlə fəaliyyətə keçə biləcəyi və zəngin və ya kasıb olan hər bir kənd və ya şəhər evinə daxil ola biləcəyi bir şəbəkəsi yoxdur.

Yoluxmalar zamanı ictimai səhiyyə maşını fəaliyyətini artırır və köməkçi tibb bacıları, akreditasiya olunmuş sosial səhiyyə fəalları, epidemiyalar üzrə kişi tibb işçiləri ehtiyac olduqda evləri ziyarət etmək üçün istifadə olunur.

Bu səbəbdən digər hallarda yavaş və cavabsız bir idarəetmə kimi qiymətləndirilən hər bir rayon icra hakimiyyəti fəlakətlər zamanı siyasi qüvvələrdən asılı olmayaraq böhran vəziyyətləri ilə inanılmaz dərəcədə effektiv mübarizə aparır. Beləliklə, Hindistan dünyanın ən pis sel, siklonlar və zəlzələlərdən zərər çəkmiş bölgələrini belə bərpa edə bilir və həmçinin. poliomieliyi aradan qaldıra, HİV / AİDS və hətta vəba olan bölgələrdən bu xəstəliklərin başqa bölgələrə yayılmasının qarşısını ala bilir. 

Koronavirusla (Covid-19) Racastan ştatının Bilvara rayonunda necə mübarizə aparıldı

Hindistanda koronavirusla (COVID-19) necə mübarizə aparıldığını başa düşmək üçün həkim ilə birlikdə 12 tibb işçisinin bu virusa yoluxduğu özəl xəstaxanası ilə xəbərlərdə yer alan Racastanın Bhilvaara rayonunu (ümumi əhalisi 2,7 milyondur) nəzərdən keçirək. Hindistanın daha kasıb əyalətlərindən birində yerləşən, nisbətən sakit, əsasən də kəndlərdən ibarət rayon olan Bhilvara yalnız tekstil və fırlatma rəsmləri ilə tanınır. Test nəticəsi müsbət çıxam həkim və işçilər karantində saxlanılır. Bhilwara - BBC-nin "Hindistanın mümkün İtaliyası" olaraq vurğuladığı Bilvara böhrana necə cavab verdi? Martın 26-dək, rayonda iki milyondan çox insan - əhalinin 88 faizi evləri ziyarət edilərək sorğuya tutuldu.

28 marta qədər DM 100 faizlik məlumata sahib idi. Buna həqiqətən nail olunmuşdu; rayonun bütün əhalisi yoxlanılmış, yüzlərlə ailəyə karantin tətbiq olunaraq həm telefonda, həm də şəxsən gündəlik nəzarət altına alınmışdı. 

Şəhər ərazilərində üçüncü, eləcə də kənd ərazilərində ikinci araşdırma aparılmaqdadır. Otellərdə, kurortlarda, internat lojalarında və xəstəxanalarda hazırlanmış çarpayıların siyahıları dərhal mənə verilir. 

İlk araşdırmalar şəhər ərazilərində 2572 nəfərdə qripə bənzər simptomları göstərmişdi, lakin indi ikinci şəhər sorğusunda bu sayın 842-ə düşdüyü bildirildi. Pozitiv hallarda testin nəticəsi mənfi çıxmağa başlayır.

Milli İmmiqrasiya və Dəmiryol Təşkilatlarının qeydlərindən səmərəli istifadə

Bəs başqa ştatlar necə? Hindistanın Carkhand, Çattisgar və Odişa ştatları, BMTİP-in İnsan İnkişafı İndeksi 2018-ə əsasən, ştatların ən aşağı qrupunda yer alır. Hər üç ştatda ən çox ehtiyac duyulan yerlərdə xidmət göstərən tibb işçiləri gecə-gündüz karantindəki xəstələri ziyarət edirlər. Risk həddinə cavab verən hər bir şübhəli şəxs, təcili yardım maşını ilə nümunələrin çəkildiyi ən yaxın sağlamlıq mərkəzinə aparılır və şübhəli və ailəsi test tərtib olunana qədər karantində saxlanılır. Hər üç ştatın Səhiyyə Katibləri bunun gündəlik olaraq davam etdiyini təsdiqləyirlər.
Bu tipli hallar əvvəlcə milli immiqrasiya və dəmir yolu orqanlarının qeydləri və bəyannamələrindən istifadə edilərək müəyyən edildi. Xəstəliklərə Milli Nəzarət Mərkəzi tərəfindən idarə olunan İnteqrasiya edilmiş Xəstəliklərin Müşahidə proqramı ilk dəfə 2010-cu ildə H1N1 qrip pandemiyası yayılmağa başlayanda qurulmuş zəng mərkəzinə əsaslanan hesabat sistemi vasitəsi ilə təhlükəli yerləri izləyir.

Bölgə rəhbərliyinin özü mobil telefonlar vasitəsilə elektron qaydada fəaliyyət göstərir. Yalnız səhiyyə sektorunda dörd qrup xidmət göstərir: ştatlararası səviyyədə, rayonlar arasında, qonşu rayonlar arasında və ştatların Səhiyyə Katibləri və İttifaqın Səhiyyə Katibi arasında –bütün bu qrupların fəaliyyətləri telefon danışıqlarına əsaslanır.

Dehlidə minlərlə mühacirin öz kəndlərinə qayıtması ilə qəfil baş tutan hallarda işlər nəzarətdən çıxa bilər. Onlar piyada və ya hər hansı bir vasitə ilə səyahət etdilər. Bunun baş verməsinin səbəbləri bu məqaləyə yerləşdirilə biləcəklərdən daha çox məlumata ehtiyac duyur, amma yaxşı xəbər olaraq qeyd etmək olar ki, onların sadəcə minlərləsi yox, on minlərləsi müəyyənləşdirilir, karantinə alınır və yoxlanılır - hətta qida və sığınacaqla təmin olunurular. 

COVID-19 pandemiyası ilə mübarizədə Hindistan kütləvi insan resurslarından və öz texniki üstünlüklərindən istifadə edir. 

Hindistan kütləvi insan resursları və texniki üstünlüklərindən istifadə edərək digər ölkələrə naməlum şəkildə COVID-19 pandemiyası ilə fəal şəkildə mübarizə aparır.

Mərkəz, ştatlar və bölgələr elektron vasitələrlə bir-biri ilə əlaqələndirilir və Səhiyyə Nazirliyi və yüksək vəzifəli şəxslər gündəlik video konfranslar keçirir.

Bütün yoxsul insanlar üçün onlar tərəfindən heç bir ödəniş tələb etməyən, onları pul köçürmələri, qida, pensiya və qaz balonları ilə təmin edən cömərd bir iqtisadi paket elan edildi. Bütün tibb işçiləri üçün dövlət tərəfindən maliyyələşdirilən sığorta paketi elan edildi. Ac olan hər kəs üçün langarlar (qərbdəki sup mətbəxlərinə bənzər) həyata keçirilməyə başladıldı. Dehlidə, istədiyi hər kəsə yemək təqdim etmək üçün tədbirlər planı, 1 aprel Çərşənbə gününə qədər palatalarda icra olunmağa başlandı.

Bu uğurlu fəaliyyətin müvəffəq olmasına mane olan ən son hadisə, bir çox təsdiqlənmiş COVID-19 hadisəsi ilə nəticələnən Dehlidə çox sayda insanın toplaşdığı Nizamuddin xəbəri idi. Ziyarətçilər Hindistana başqa ölkələrdən səyahət etmiş və bundan sonra fərqli ştatlara səyahət etmiş xəstələr idi. Bu, ölkə səviyyəsində təcrid qüvvəyə minməmişdən çox əvvəl 13 mart tarixindən etibarən Dehlidə 50 nəfərdən çox insanın toplaşmasına qarşı qoyulan embarqoya səbəb olan tamamilə özbaşına bir toplaşma idi.

Hindistan Hökümətinin dərin kökləri buna nail olmaq üçün mümkün olan hər  tədbiri həyata keçiricək

Yenə də ictimai səhiyyə maşınları təkcə həmin toplaşmada iştirak edənləri deyil, eyni zamanda onların əlaqə saxladıqları insanları yoluxduran və onların da öz əlaqə saxladıqları şəxsləri yoluxduranları tapmaq üçün mübarizə əməliyyatına başladı.

Onları axtarıb tapmaq müvəffəqiyyətli olmaqları əvvəlcədən müəyyənləşdirilə bilməyən diqqətli bir ictimai səhiyyənin diqqət yetirdiyi reaksiyadan asılıdır.

Koronavirus (COVID-19) böhranı, şübhəsiz ki, daha da pisləşəcəkdir. Ancaq hər kəs ümid etməlidir ki, ən etibarlı tədqiqat təşkilatlarımız, ən təcrübəli klinikalarımız və elmi qurumlarımız birgə çalışırlar, Hindistan höküməti və səhiyyəsinin dərin kökləri infeksiyaların aşkar edilib sağaldılmasına nail olmaq üçün Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi istiqamətdə mümkün olan hər tədbiri həyata keçiricəkdir. 

Bunu reallaşdıran bütün insanlara öz təşəkkürümüzü bildirməli və Hindistana bu vəziyyətin tələb etdiyi liderliyə, təcrübəyə və öhdəliyə sahib olduğu üçün minnətdar olmalıyıq. İndi ştatlara və bölgələrə həyata keçirdikləri tədbirlərə görə hörmətsiz yanaşma vaxtı deyil.

Şailaca Çandra