"Mən evdə qala bilərəm, amma itim əsla" - VİDEREPORTAJ
    • 13-06-2020, 14:05
    • 1 425

"Mən evdə qala bilərəm, amma itim əsla" - VİDEREPORTAJ

Həftə sonu məhdudlaşdırılma qərarı olduğunu hər kəs bilir. Bu qərara rəğmən, ev heyvanı olan kəslərə onları gəzdirmək üçün icazə verilir. Əgər, itiniz varsa, məhdudiyyət qoyulan günlərdə də onu rahatlıqla çölə çıxardıb gəzdirə bilərsiniz. 

İcazə xəbərindən sonra sosial media hesabından it almaq, itlərindən birini satmaq, pul qarşılığında müvəqqəti kiməsə verməklə bağlı yarıciddi-yarızarafat söhbətlər yayılmağa başladı.

Məsələylə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib: "İtlərin çöldə gəzdirilməsinə qadağa yoxdur. İti olan hər kəs bu icazədən sui-istadə etməmək şərtiylə onu çıxarıb gəzdirə bilər.  İcazədən sui istifadə etməmək hər kəsin işidir. Təkcə karantin rejimi tələblərinə nəzarət edən polisin deyil. Ona görə də, xahiş olunur, bu sərbəstlikdən sui-istifadə edilməsin".

Eyni zamanda bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də məsələyə öz münasibətini bildirib: "Binalarda yaşayan insanların ev heyvanları var. Xahiş edirik ki, insanlarımız onlara heyvanların küçəyə çıxarılması ilə bağlı yaradılmış imkandan sui-istifadə etməsinlər. Yoxsa heyvanı bir- iki saat özü çıxarsın, sonra qonşusuna versin. Bu kimi hallar yaşanmamalıdır. Vəziyyətin ciddiliyi nəzərə alınaraq tələb edilən qaydalara əməl etmək lazımdır. Belə hallara ciddi nəzarət olunacaq". 

Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun səhər saat 06:00-dək bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Daha ətraflı News24.az-ın videoreportajından biləcəksiniz:

Sevda Bayramova
VİDEO: Fərid Şabanov