“Semaşko”dan bir gecədə 20 meyit çıxarıldı”- TƏBİB-dən AÇIQLAMA
    • 23-06-2020, 14:23
    • 850

“Semaşko”dan bir gecədə 20 meyit çıxarıldı”- TƏBİB-dən AÇIQLAMA

“Bu gecə yaxın qohumum “Semaşko” xəstəxanasında koronavirusdan vəfat etdi. 43 yaşı var idi. Xəstəxananın yanında bütün gecəni keçirən xəstənin qardaşı bir gecədə həmin xəstəxanadan ən azı 20 meyitin çıxdığını müşahidə edib”.

News24.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Mehman Sultanov feysbuk hesabında bildirib: “Həmin xəstəxana bütövlüklə COVİD 19 xəstələrinin müalicəsinə ayrılıb. Tək bir xəstəxanada bu qədər ölən varsa, bütün respublikada real vəziyyəti təsəvvür edin...
Cənazələrin ortalıqda qalmasını istəmiriksə, vəziyyətin olduqca təhlükəli (ciddi yox, təhlükəli!!!) olduğunu dərk edərək, hər birimiz öz üzərimizə təbliğat işini götürməliyik və dayanmadan yaxınlarımıza, çevrəmizə bunları izah etməliyik”.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidməti Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O,  News24.az-a açıqlamasında bildirib ki, COVİD 19-dan ölən xəstələrin hər birinin statiistikası Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik məlumatlarında verilir: "Kiminsə yazdığı şaiəyə, kiminsə bilmədiyi məlumata dair açıqlama verə bilməyəcəm”. 

Afaq Mirayiq